Azərbaycanlı pianoçu iki övladı ilə birlikdə İstanbulda konsert verib

gundem 2-01-2016, 20:23
Azərbaycanlı pianoçu iki övladı ilə birlikdə İstanbulda konsert verib


Tanınmış azərbaycanlı pianoçu İslam Manafovun övladları, beynəlxalq müsabiqələr laureatları, pianoçu-bəstəkar və hazırda məşhur italyan maestro Antonio Pirollinin sinfində orkestr dirijorluğu üzrə təhsil alan Abuzər və Turan Manafzadələr 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə İstanbulda konsert proqramı ilə çıxış ediblər.

"Report" xəbər verir ki, konsertdə Manafzadələr əvvəlcə böyük romantik bəstəkar Şopenin piano üçün solo əsərlərini, daha sonra isə bir piano arxasında ikisi bərabər Alman bəstəkar Bramsın 4 əllə çalmaq üçün bəstələdiyi macar rəqslərini səsləndiriblər. Sonra Manafzadələr öz bəstələri ilə səhnəni canlandırıblar. Öz mahnılarını pianoda ifa edən Turan Manafzadə həm də məlahətli səsi ilə tamaşaçılara xoş anlar bəxş edib.

Sonda İslam Manafov və övladları bir pianoda 3 nəfər birlikdə ifa edərək konserti möhtəşəm bir çıxışla başa vurublar.
Oxunub: 623
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 


ILK-10