backend

7-ci mikrorayonda istilik sistemi iflic olub

7-ci mikrorayonda istilik sistemi iflic olub


Dünəndən Binəqədi rayonu 7-ci mikrorayonda istilik sistemi iflic olub. Buna səbəb əraziyə verilən mavi yanacağın kəsilməsidir. Mənzillərdə soyuqdan donan sakinlər aidiyyatı qurumlardan cavab almayınca Modern.az-a şikayət ediblər. Rayon İcra Hakimiyyətindən bildirilib ki, məsələ həll olunacaq. Qaz idarəsindən isə cavab verməyiblər.