backend

Səudiyyə Ərəbistanı Avropaya satdığı neftin qiymətini aşağı saldı

Səudiyyə Ərəbistanı Avropaya satdığı neftin qiymətini aşağı saldı



Səudiyyə Ərəbistanı fevral ayı üçün Avropaya neftin satış qiymətini aşağı salıb.

Bu barədə Səudiyyə Ərəbistanı Neft şirkəti Saudi Aramco qərar verib.

Şirkət ərəb yüngül neftinin Avropaya satış qiymətini yanvar ayına görə 0,60 dollar salaraq BWAVE -4,85 dollar/barel (orta ölçülmüş qiymət) olaraq müəyyənləşdirib.

Aramco, ərəb yüngül neftinin Asiyaya satışı üçün rəsmi qiymətini Umman/dubai neftinin orta hesabla qiyməti 0,80 dollar/bareldən aşağı olaraq müəyyən edib. Asiyaya satış qiyməti isə yanvar ayı üçün 60 sent/barel yüksəlib.

Ərəb yüngül neftinin ABŞ-a satış qiyməti isə ASCI + 0,15 dollar/barel olaraq sabit qalıb.