backend

“ABŞ Azərbaycanlıları” məmurlara qarşı sanksiyalara dəstək aksiyasına başlayıb

“ABŞ Azərbaycanlıları” məmurlara qarşı sanksiyalara dəstək aksiyasına başlayıb




ABŞ Azərbaycanlıları” İlham Əliyevdən təcili demokratik islahatlara start verilməsini və siyasi məhbusların təcili azad olunmasını tələb edir. Düşünürük ki, viza sanksiyaları müsbət nəticələr verəcək və bu səbəbədən ABŞ Konqresindən xahiş edirik ki, Azərbaycan hakimiyyətinə qarşı sanksiyalar tətbiq olunsun. Bu barədə Nyu Yorkdakı “ABŞ Azərbaycanlılarının” internet saytında (https://www.change.org/p/support-targeted-sanctions-against-azerbaijan-support-azerbaijan-democracy-act-of-2015) yerləşdirilmiş dəstək aksiyasının müraciətində deilir.

Dəstək aksiyası 2015-ci il dekabrın 16-da başlanıb və indiyədək 128 nəfər imzalyıb.

ABŞ Helsinki Komissiyasının sədri, konqresmen Kris Smit 2015-ci ilin dekabrında ABŞ Konqresinə Azərbaycan məmurlarına qarşı sanksiyaları nəzərdə tutan “2015 Azərbaycanda Demokratiya Aktı” adlı qanun layihəsi təqdim edib.

Müraciətdə deyilir ki, layihədə nəzərdə tutulan sanksiyalar adi Azərbaycan vətəndaşına qarşı deyil. “Bu qanun layihəsinin erməni lobbisi ilə də heç bir əlaqəsinin olmadığını bəyan edirik. Azərbaycan xalqını hakimiyyətin apardığı gülünc təbliğata inanmamağa və öz hüquqlarını tələb etməyə çağırırq. Və bu yolda biz hər zaman Azərbaycana dəstək olacağıq”, müraciətdə qeyd edilir.

Müraciətdə İlham Əliyevin son əfv fərmanın siyasi məhbuslara şamil edilməməsindən “ABŞ Azərbaycanlıları”nın təəssüf hissi keçirdiyi bildirilir.

“İlham Əliyev son əfv fərmanı ilə bir daha demokratik islahatların olmayacağını, siyasi məhbusların azad edilməyəcəyini və siyasi motivli həbslərin davam edəcəyini nümayiş etdirdi. “ABŞ Azərbaycanlıları” əmindir ki, İlham Əliyev bu əfv fərmanı ilə ABŞ-a bir daha islahat olmaycaq və siyasi məhbuslar azad olunmayacaq mesajı göndərmiş oldu. Bunları nəzərə alaraq biz ABŞ-da yaşayan azərbaycanlılar Amerika Konqresindən bu qanun layihəsinə dəstək göstərməyi xahiş edirik”.

Öz növbəsində, rəsmi Bakı konqresmen Kris Smitin layihəsini kəskin tənqid edib və sənədin erməni lobbisinin təsiri ilə hazırlandığı bildirilib. Azərbaycan parlamentinin deputatı Rövşən Rzayev isə ABŞ-a qarşı sanksiyaları nəzərdə tutan eyni məzmunlu qanun layihəsi hazırlayaraq Milli Məclisə təqdim edib ("Amerikanın səsi").