backend

"Sky Sports" Tofiq Bəhramovu haqlı çıxardı (FOTO)

"Sky Sports" Tofiq Bəhramovu haqlı çıxardı (FOTO)



Britaniyanın "Sky Sports" telekanalında 1966-cı ildə İngiltərə və Almaniya yığmaları arasında keçirilən final matçında həmyerlimiz Tofiq Bəhramovun verdiyi qərar
növbəti dəfə müzakirəyə çıxarılıb.

Qol.Az-ın məlumatına görə, bununla bağlı dünən efirə gedən verilişdə ekspert qismində Ceymi Karrager və Ed Çemberlen iştirak edib.

Müasir texnologiya ilə aparılan araşdırma Tofiq Bəhramovun qərarının haqlı olduğunu sübuta yetirib. Bu barədə danışan İngiltərə millisinin və "Liverpul"un sabiq müdafiəçisi Karrager deyib: "Nəhayət yan xətt hakiminin haqlı olduğu sübuta yetirildi. Ola bilər ki, Tofiq Bəhramov qərar anında əlverişli mövqedə olmasın. Lakin biz artıq əbədi olaraq sübut etdik ki, onun qərarı haqlı idi".

Qeyd edək ki, "DÇ-1966"nın finalında Almaniya ilə görüşdə İngiltərə yığmasının üzvü Ceffri Herstin zərbəsindən sonra top qapı dirəyinə dəyərək xətti keçib və ardından meydana qayıdıb. Həmin matçın yan xətt hakimi olan Tofiq Bəhramov bayrağını qaldıraraq topun qapı xətti keçdiyini bildirib və qol qeydə alınıb. Bundan sonra daha bir qol vuran İngiltərə millisi tarixində ilk və yeganə dünya çempionluğunu qazanıb.