backend

Kabilin səfirliklər yerləşdiyi ərazisində güclü partlayış baş verib

Kabilin səfirliklər yerləşdiyi ərazisində güclü partlayış baş verib




Əfqanıstanın paytaxtı Kabilin diplomatik missiyalarının yerləşdiyi rayonunda güclü partlayış baş verib.

APA-nın Azarinfo.aza istinadən verdiyi xəbərə görə, partlayış ABŞ, Böyük Britaniya, İndoneziya, Hindistan, Pakistan və Almaniyanın diplomatik missiyalarının yerləşdiyi Vəzir Əkbər Xan küçəsində baş verib.

Ölən və yaralananlar barədə hələlik məlumat verilmir.

Qeyd edək ki, ötən gün iki terrorçu-kamikadze Kabil beynəlxalq hava limanına hücum edib. İnsident nəticəsində bir neçə şəxsin yaralandığı bildirilir.