backend

Kadırovdan İran və Səudiyyə açıqlaması

Kadırovdan İran və Səudiyyə açıqlaması




Bütün müsəlmanlar Yaxın Şərqdə sülhün bərqərar olması üçün dua etməlidir. Səudiyyə Ərəbistanı və İran arasında yaşanan gərginlik dünya müsəlmanlarını narahat edir.

Azarinform.az xəbər verir ki, bu sözləri Çeçenistan lideri Ramzan Kadırov İnstaqram hesabında yazıb.

“Dərhal müzakirələr aparılmasa, sonu olmayan bir proses başlayacaq. Hazırda hər kəs təhlükəli xəttin üzərində dayanıb. Bu xəttdən sonrası müharibə və qlobal fəlakətdir. Bölgədə yaşayan minlərlə insan müharibədən xilas olmaq üçün Avropaya axın edir. Minlərlə insan isə dənizdə batır. Böhranlı vəziyyəti həll etmək əvəzinə, Yaxın Şərqin nüfuzlu ölkələri yeni münaqişələr yaradır. Kimin haqlı və ya haqsız olduğunu müzakirə etmək istəmirəm. Bu ölkələr arasında gərginlik getdikcə artır və araya yeni ölkələr də daxil olur”, - Kadırov vurğulayıb.