backend

Qaradağda “Gənclər Evi”nin açılışı oldu

Qaradağda  “Gənclər Evi”nin açılışı oldu



Yeni il ərəfəsində Qaradağ rayonunun Sahil qəsəbəsində tikilmiş Gənclər evinin açılışı oldu.
Açılış mərasimində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov, Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini cənab İntiqam Babayev, Milli Məclisin deputatları Aydın Hüseynov, Şahin İsmayılov və qeyri-hökümət gənclər təşkilatlarının nümayəndələri iştirak edirdi.
Tədbirdə giriş sözü ilə çıxış edən rayon İcra hakimiyyətinin başçısı Süleyman Mikayılov rayon gənclərini təbrik edərək Qaradağ rayonundakı Gənclər evinin Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncami ilə təsdiq edilmiş “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” əsasında inşa olunduğunu iştirakçıların nəzərinə çatdırdı.
Gənclər və İdman nazirinin müavini İntiqam Babayev qeyd etdi ki, ölkə gənclərin intellektual və yaradıcılıq potensialının inkişafını, onların potensialından düzgün istifadə olunması Prezident cənab İlham Əliyevin diqqət mərkəzində saxladığı prioritet məsələlərdəndir. Bu məqsədlə də respublikanın regionlarında, həmçinin Bakı şəhərində gənclər evlərinin inşasına xüsisi diqqət verilir və bu təşəbbüs növbəti illərdə də davam etdiriləcəkdir.
Milli Məclisin üzvləri rayon gənclərinin Gənclər Evinin açılışı münasibətilə təbrik edərək sözügedən mərkəzdə gənclər tərəfindən Azərbancan dövlətçiliyinin inkişafına xidmət edən tədbirlərin, gənclərin inkişafı ilə bağlı layihələrin həyata keçirilməsini arzuladılar.
Rəsmi hissədən sonra Gənclər Evindəki yaradılmış şəraitlə, oradakı klublarla tanışlıq oldu.
Qonaqlar və gənclər tədbirdən xoş təəssüratlarla ayrıldılar.