backend

ALI ALIYEVIN BIZNESI BATDI: 1 MILYON ZIYAN - ÖZƏL

ALI ALIYEVIN BIZNESI BATDI: 1 MILYON ZIYAN - ÖZƏL


Devalivasiya Füzulinin icra başçısını da müflis etməyə başlayıb Rayon rəhbərlərinin təkcə dövlət qulluğuyla deyil, həm də bizneslə məşğul olmasını bilməyən yoxdur. Düzdür, dövlət başçısı dəfələrlə bununla bağlı bəyan edib ki, icra başçıları belə işlərini kənara qoysunlar. Lakin onların bir çoxları hələ də dövlət başçısının tapşırıqlarına məhəl qoymurlar. Demokratiya.info xəbər verir ki, Füzulinin icra başçısı Alı Alıyev də biznesmen məmur kimi ad çıxarıb. Onun adı ilk əvvəllər rayonda keçirilən tenderlərin udulması üçün nəzərdə tutulmuş şirkətlərin arxasından çıxmışdı. Daha sonra isə bura mebel fabriki, bəzi daş sexləri, qoyunçuluq ferması, Haramı düzündə minlərlə hektar taxıl sahələri əlavə olunmağa başladı.
Məlumatlara görə, hal hazırda Alı Alıyevin Haramı düzündə bir neçə hektar əkin sahəsi var. Bundan başqa, düzdə onun 30 min qoyunu və 5000 baş mal-qarasını saxlatdırdığı ferması da var. Qeyd edilir ki, Alıyevin kənd təsərrüfatına maraq göstərməsi əvvəldən hobbisiymiş. Həm də onun təsərrüfat işlərindən çox xoşu gəlir. Amma işin tərs tərəfi odur ki, Alı Alıyev özünün əkin sahələrinə görə digər fermerləri qurban verir. Belə ki, onların əkin sahələrini suvarmaları üçün nəzərdə tutulan sudan bir çox hallarda məhrum olurlar. Məsələn, bir müddət əvvəl fermerlər məlumat vermişdilər ki, Alı Alıyevin adamları onları susuz qoyublar və bu səbəbdən də taxıl zəmiləri susuzluqdan yanmağa başlayıb.

Qeyd edək ki, icra başçıları içində devalivasiyanın ilk «qurban»larından biri də Füzulinin icra başçısı olub. Bəzi məlumatlara görə, Alıyevin nəzarətində olan 6-dan çox mebel fabriki artıq bağlanmaq üzrədir. İstehsal prosesi üçün nəzərdə tutulan maliyyəni tapa bilməyən icra başçısı daha çox zərərə düşməmək üçün prosesi dayandırmaq qərarına gəlib. İlkin məlumatlara görə, Alıyevin ilkin mərhələdə düşdüyü zərərin miqdarı 1 milyon manatı keçib
Xammalı Türkiyədən alan həmin fabriklərin artıq məhsul sifariş etdikləri də vurğulanır. Qeyd edilir ki, Türkiyədən xammal sifariş edən Alıyevin adamları bunun üçün bir ay qabaq anlaşma əldə ediblər. Anlaşmaya əsasən 4 milyon dollarlıq xammal Azərbaycana göndərilməliymiş. Bu pulun yarısı ödənilsə də, yerdə qalan hissəsi xammalı təhvil aldıqdan sonra ödəyəcəkmişlər. Lakin manatın devalivasiyaya uğraması, ardından da 1,55 manat olması icra başçısını artıq 1 milyon manat ziyana salıb.

İstehsal olunan mebelin qiymətini qaldırmağın da heç bir xeyri olmayacağını görən Alı Alıyev ümidini bu il keçiriləcək tenderlərə bağlayıb. Demokratiya.info xəbər verir ki, Füzuli rayonunda keçiriləcək bütün tenderlərdə mebel alınması maddəsi xüsusi olaraq yer tutub. Həmin mebel dəstləri isə icra başçısının fabriklərindən alınacaq. Bu artıq məcburiyyətdir.

Bu əsnada belə bir məlumat da gəlib ki, Alı Alıyev Türkiyəyə ödəniləcək pulu ödəmək üçün Haramı düzündəki mal-qarasını satmağa başlayıb. Bunun üçün müştəri də tapan icra başçısı artıq qısa müddətdə fermadakı heyvanlarının yarısını satmağı qərarlaşdırıb.