backend

İran səfiri Türkiyə XİN-ə çağırıldı – Gərginlik

İran səfiri Türkiyə XİN-ə çağırıldı – Gərginlik


Türkiyə Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanında edam edilən 47 nəfərin prezident Rəcəb Tayyib Ərdoğanla bağlılığının olması barədə İran mətbuatında yayılan məqalələri qınayıb.

Qaynarxatt.info xəbər verir ki,bu məqsədlə İranın Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və ondan bu cür yalan məlumatlara son qoyulması istənilib.

“İranın bəzi mətbuat orqanlarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Səudiyyə Ərəbistanına səfərindən sonra 47 nəfərin edam edildiyi və sözügedən olaylarla hörmətli prezidentimizin bağlılığının olduğu bildirilib. Eyni zamanda yayılan məlumatlarda Ərdoğana qarşı açıq ittihamlar da səsləndirilib. Biz bu cür olayları kəskin qınayırıq. Bununla bağlı İran səfirinə də etirazımızı bildirdik və bu cür yalan məlumatlara son qoyulmasını tələb etdik”, - deyə Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.