backend

Qazaxda iki nəfər dəm qazından zəhərlənib

Qazaxda iki nəfər dəm qazından zəhərlənib




Qazaxda zəhərlənmə olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, Qazax şəhər sakini, 1992-ci il təvəllüdlü Telli Qurbanova və rayonun Ağköynək kənd sakini, 1977-ci il təvəllüdlü Kəmalə Poladova dəm qazından zəhərlənmə əlamətləri ilə Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Onlara tibbi yardım göstərilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Məlumata görə, hər iki qadın yaşadıqları evin vanna otağında olarkən dəm qazından zəhərləniblər.