backend

Türkiyə bombaladı: İŞİD Suriyada ərazilər itirdi

Türkiyə bombaladı: İŞİD Suriyada ərazilər itirdi

Azad Suriya Ordusu (ASO) Hələbin şimalında bəzi kəndləri İŞİD-dən geri alıb.

Qaynarxatt.info xəbər verir ki, bu barədə “Sputnik” agentliyi məlumat yayıb.

Məlumata görə, ASO dünən gecə saatlarında 1200 nəfərlik döyüşçü ilə İŞİD-ə qarşı hücuma keçib. Agentlik ASO-ya Türkiyənin dəstək verdiyini bildirib. İddiaya görə, İŞİD-in nəzarətində olan kəndlər sərhəddə gözləyən türk tankları tərəfindən atəşə tutulub.

Şiddətli qarşıdurmalar nəticəsində İŞİD nəzarətindəki Qarakörpü, Harbela və Quzul kəndləri ASO-nun tabeliyinə keçib.

Məlumata görə, ələ keçirilən kəndlər arasında Türkiyənin Suriya sərhədində etibarlı bölgə yaratmaq istədiyi ərazilər də var.