backend

Beynəlxalq koalisiya Yəməndə xəstəxananı bombalayıb

Beynəlxalq koalisiya Yəməndə xəstəxananı bombalayıb

Səudiyyə Ərəbistanının başçılığı ilə beynəlxalq koalisiyaya məxsus hərbi təyyarələr Yəmənin əl-Bayda əyalətində fəaliyyət göstərən xəstəxanaya bomba zərbələri endirib.

"Qaynarxatt info"nun "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, xəbər mənbə tərəfindən yayılıb. Hava zərbələri əs-Savadiyyə rayonunda yerləşən "Əş-Şahid Seyf əs-Savadi" xəstəxanasına endirilib. Nəticədə tibbi avadanlıq sıradan çıxıb, binaya ciddi ziyan dəyib.

Qaynarxətt.info