backend

Messi beşinci dəfə “Qızıl top”la təltif olunub

Messi beşinci dəfə “Qızıl top”la təltif olunub



Bu gün 2015-ci ilin ən yaxşı futbolçusunun adı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, “Qızıl top” mükafatının yeni sahibi İsveçrənin Sürix şəhərində keçiriləcək tədbirdə bəlli olub.

Mükafata “Qızıl top”un 4 qat (2009, 2010, 2011, 2012) qalibi Lionel Messi, “Barselona”nın digər üzvü Neymar və 3 dəfə (2008, 2013, 2014) bu titula layiq görülmüş Madrid “Real”ının futbolçusu Kriştianu Ronaldo namizəd idi.

Nəticədə ispaniyanın “Barselona” klubunun və Argentina milli komandasının üzvü Lionel Messi 5-ci dəfə “Qızıl top” mükafatına layiq görülüb.

Səsvermədə yığma komandaların baş məşqçiləri və kapitanları, həmçinin jurnalistlər iştirak ediblər.