backend

Səməd Seyidovu Fransadan niyə geri qaytardılar?

Səməd Seyidovu Fransadan niyə geri qaytardılar?

AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri ilə AB arasındakı danışıqlar alınmayıb

Məlum olduğu kimi, ABŞ Konqresi Azərbaycanla bağlı «Demokratiya Aktı» adlı sənəd qəbul etməyə hazırlaşır. Bir neçə senatorun təşəbbüsü ilə hazırlanmış həmin sənəddə ölkəmizə bir sıra iqtisadi və siyasi sanksiyaların tətbiq olunması nəzərdə tutulub.

JAM.AZ xəbər verir ki, rəsmi Bakının məsələyə münasibəti sərt olsa da, parlament bir qədər də irəli gedərək ABŞ-a sanksiya tətbiq olunması məsələsini gündəmə gətirib. Rövşən Rzayevin hazırladığı layihədə Vaşinqton bir sıra cinayətlərdə ittiham edilir, insan haqlarının kobud şəkildə pozulduğu, seçkilərin saxtalaşdırıldığı ölkə kimi təqdim olunur. Və ardından da deputat bu ölkənin rəsmilərini Azərbaycana buraxmamağı, onlarla iqtisadi əlaqələrin kəsilməsini təklif edir.

Amma qısa müddətdən sonra məlum oldu ki, Azərbaycana sanksiya tətbiq etməkdə maraqlı olan tərəf təkcə ABŞ deyil. Həmçinin Avropa Birliyi də bu məsələdə israrlı tərəf kimi görünür. JAM.AZ-a hələ bir müddət əvvəl bununla bağlı daxil olmuş məlumatda vurğulanırdı ki, Avropa Birliyi rəsmi Bakını dəfələrlə siyasi məhbus məsələsində xəbərdar etsə də, əhəmiyyətsiz cavab aldığından artıq başqa addımlar atmaq fikrinə düşüb.

Həmçinin o da qeyd olunurdu ki, Avropa Birliyi Azərbaycana qarşı sanksiyalarını mərhələli şəkildə həyata keçirəcək və bununla bağlı artıq proses başlayıb. Belə ki, Azərbaycan neftinin Avropa ölkələri tərəfindən satın alınmaması bunun əyani sübutlarından sayılır. JAM.AZ-a verilən bilgilərdə o də vurğulanırdı ki, AŞPA-nın qış sessiyası da rəsmi Bakı üçün çətin keçəcək və orada kifayət qədər sərt tənqidlərlə üzləşməli olacaqlar. Ardından isə «top» Avropa Parlamentinə «ötürüləcək», oradan da sanksiya qərarı çıxacaq. Prosesin fevralın sonuna kimi yekunlaşacağı deyilir.

Təbii ki, Azərbaycan hakimiyyəti işin ciddiyyətinin fərqinə bir qədər gec varıb. Elə bu səbəbdəndir ki, AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov yanavarın əvvəllərində apar-topar Avropa Birliyinin ən önəmli üvzlərindən biri olan Fransaya göndərilib. Avropadakı mənbələrdən JAM.AZ-a daxil olan məlumata görə, bu danışıqların məğzini birliklə Bakı arasında münasibətlərin yenidən tənzimlənməsi, ticarət əlaqələrinə məhdudiyyətlərin qoyulmaması, habelə siyasi məhbuslarla bağlı vəziyyət, o cümlədən islahatların aparılması, həmçinin sanksiyaların tətbiqini dayandırıliması təşkil edib. Lakin Fransa hökumətinin nümayəndələri Səməd Seyidova, daha doğusu, Azərbaycan hakimiyyətinə bundan sonra hər hansı bir yardım edə bilməyəcəklərini çatdırıb. Mənbənin iddiasına görə, heyətin rəhbəri əliboş Bakıya dönmək məcburiyyətində qalıb.