backend

Azərbaycanda dəhşətli qətl: Müəlliməni məktəbin qarşısında bıçaqladılar

Azərbaycanda dəhşətli qətl: Müəlliməni məktəbin qarşısında bıçaqladılar

Yevlaxda qətl hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Yevlax şəhərindəki 2 saylı musiqi məktəbinin qarşısında qeydə alınıb.

Məktəbdə müəllimə işləyən 35 yaşlı Süleymanova Ahu Nadir qızı məktəbin binası qarşısında qardaşı Hüseynov Veysəl Nadir oğlu tərəfindən bıçaqlanıb. A. Süleymanova hadisə yerində dünyasını dəyişib.

Qadının 2 övladının olduğu bildirilir. Qətlin səbəbi məlum deyil.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.