backend

Prezident bu vəzifəni xanıma etibar etdi - Foto

Prezident bu vəzifəni xanıma etibar etdi - Foto




Prezident İlham Əliyev Nərgiz Akif qızı Qurbanovaya ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsinin verilməsi ilə bağlı sərəncam imzalayıb.

qaynarxett.az Axar.az-a istinaden xəbər verir ki, ölkə başçısının digər sərəncamı ilə N. Qurbanova Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Nərgiz Qurbanova uzun müddət Azərbaycanın ABŞ-dakı səfirinin müavini vəzifəsində çalışıb.

Prezident İlham Əliyev 18 aprel 2013-cü il sərəncamı ilə N.A.Qurbanovanı Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı səfirinin müavini təyin edib.

23 dekabr 2013-cü il tarixində isə N.A. Qurbanovanın Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı səfirinin müavini vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Xanım diplomat həmçinin Çikaqoda 4-cü illik enerji və (4th Multinational Energy and Values Conference) 8-ci illik İpək Yolu konfranslarında iştirak edib, Azərbaycanın enerji siyasətindən, Avropanın enerji təhlükəsizliyində oynadığı roldan danışıb.

Xatırladaq ki, Azərbaycan dövlətçilik tarixində ilk diplomat xanım Sara Xatun olub. Hazırda Azərbaycanın xarici ölkələrdəki diplomatları içərisində xanımlar olsa da, yeganə xanım səfirimiz Nərgiz Qurbanovadır.



Prezident bu vəzifəni xanıma etibar etdi - Foto