backend

Türkmənistanda valyuta satışı dayandırıldı

Türkmənistanda valyuta satışı dayandırıldı



Türkmənistan bankları yanvarın 12-də valyuta satışını dayandırıb.

Paytaxt bankları müştərilərə ABŞ dolları və digər aparıcı valyutaların satışının qeyri-müəyyən vaxtadək dayandırıldığını bildiriblər.

Qeyd edək ki, əsas qaz istehsalçılarından olan Türkmənistanda milli valyuta təxminən 19 faiz devalvasiya olub. Devalvasiya barədə şaiələr ölkədə xarici valyutalara təlabatı artırıb.

"Associated Press" agentliyinin məlumatına görə, yanvarın 12-də qara bazarda 1 dollar 4 və 4,20 manat olub.