backend

Türkiyə 2015-ci ildə serialların satışından 250 milyon dollar gəlir əldə edib

Türkiyə 2015-ci ildə serialların satışından 250 milyon dollar gəlir əldə edib


Türkiyə 2015-ci il ərzində serialların satışından 250 milyon dollar gəlir əldə edib.

"Report"un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Türkiyə ildə 70 serial çəkilir ki, onlardan 10-15-i xaricə satılır. Məlumata əsasən, "Minbir Gecə", "Fatmagül'ün Suçu Ne", "Ezel", "Kara Para Aşk", "Sıla", "Yaprak Dökümü" və "Aşk-ı Memnu" kimi seriallar hesabına ötən il Türkiyə 70 ölkədən yüz milyonlarda dollar qazanıb.

Proqnozlara görə, 2016-cı ildə seriallar satışından əldə edilən gəlir daha da artacaq və 300 milyon dollar təşkil edəcək.