Öldürülən jurnalistin işi üzrə məhkəmə- iki təqsirləndirilən ifadə verdi

gundem 14-01-2016, 20:38
Öldürülən jurnalistin işi üzrə məhkəmə- iki təqsirləndirilən ifadə verdi


Yanvarın 14-də ötən ilin yayında döyülərək öldürülən jurnalist Rasim Əliyevin işi üzrə məhkəmə prosesi keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə iki təqsirləndirilən şəxs- Arif Əliyev və Kənan Mədətov ifadə verib. Sonra məhkəmə 19 yanvar saat 10:30-dək təxirə salınıb.

Qeyd edək ki, beş nəfər- Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev jurnalisti döyərək öldürməkdə təqsirli bilinirlər.

Rasim Əliyev avqustun 8-də paytaxtın Bayıl qəsəbəsində bir qrup şəxs tərəfindən döyüldükdən sonra Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Avqustun 9-da gecə xəstəxanada vəfat edib.

Bununla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Faktla bağlı yuxarıda adı sadalanan şəxslərlə yanaşı “Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynov da saxlanılıb. O, Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə ittiham edilir. Ancaq sonradan Cinayət işinin materiallarından C.Hüseynovla bağlı iş ayrıca icraata götürülüb.

Adı sadalanan beş nəfər Rasim Əliyevi facebook səhifəsində Cavid Hüseynov haqqında yazdığı fikirlərinə görə döyüblər.
Oxunub: 531
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 


ILK-10