10 min dollar krediti olanlarla bağlı qərar veriləcək – 6 gün sonra

Iqtisadiyyat 14-01-2016, 23:40
10 min dollar krediti olanlarla bağlı qərar veriləcək – 6 gün sonra

İqtisadiyyat və Sənaye Nazirliyi, Maliyyə Nazirliyi, Mərkəzi Bank, kommersiya bankları və ekspertlərlə birlikdə dolların məzənnəsinin bahalaşmasından doğan problemlərin həllinə yönəlik müzakirələr aparılıb.
Mərkəzi Bankdakı mənbədən Modern.az saytına verilən məlumata görə, yanvar ayının 20-dən sonra birgə qəbul edilmiş yeni qərarların icrasına başlanılacaq.
İlk olaraq dollarla olan kreditlərlə bağlı yaranmış problemin həlli gözlənilir. Belə ki, yaranmış iqtisadi çətinlik şəraitində onsuz da borcunu ödəmək iqtidarında olmayan insanların vəziyyəti nəzərə alınaraq 10 min dollara qədər krediti olanların 21 dekabr devalvasiyasından əvvəlki məzənnə, yəni, 1 dollar=1 manat 5 qəpiklə ödənişinə qərar veriləcək.
Həmçinin, şərtlər dəqiqləşdirildikdən sonra ipoteka kreditlərinin verilməsi bərpa olunacaq. Qeyd edək ki, ipoteka krediti üçün ayrılan vəsaitin 50 min manatdan 100 min manatadək artırılması da nəzərdə tutulub.
Oxunub: 856
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 


ILK-10