backend

ABŞ-ı hədələdilər: Xəritədən silərik

ABŞ-ı hədələdilər: Xəritədən silərik



Şimali Koreya ABŞ üçün xüsusi bir gücə malik hidrogen bombası hazırladıqları haqda açıqlama yayaraq ABŞ-ı hədələyib.

qaynarxett.az Avropa.info-ya istinaden xəbər verir ki, Şimali Koreya rəhbərliyinin açıqlamalarına görə, hazırladıqları hidrogen bombası ABŞ-ı bir dəfəyə xəritədən silmək gücünə malikdir.

Xatırladaq ki, Şimali Koreya lideri Kim Çen In Şimali Koreyanın hidrogen bombasını sınaqdan keçirdiklərini açıqlamışdı. Şimali Koreyanın rəsmi xəbər agentliyi KCNA da ordunun tam təchizatlı hidrogen bombası hazırladığını və ABŞ-ı bir dəfəyə yox edə biləcəkləri xəbərini yayıb.

Şimali Koreya bundan əvvəl də dəfələrlə ABŞ-ı təhdid etmişdi. Ancaq budəfəki təhdid ABŞ-ı müəyyən addımlar atmağa vadar edib. Rəsmi Vaşinqton nüvə silahlarının sınaqdan keçirilməsinin tamamilə qarşısını alacaq diplomatik addımlar atılması üçün BMT Təhlükəsizlik Şurasına müraciət edib. Şimali Koreya rəhbərliyi son illərdə ölkəyə qarşı tətbiq olunan sanksiyalar səbəbilə müdafiə sənayesinə beynəlxalq təşkilatlar tərəfindən nəzarət olunmasına icazə vermir.