backend

Prezidentdən yeni nazir təyinatı

Prezidentdən yeni nazir təyinatı

Az öncə prezident İlham Əliyev Ramin Quluzadəni Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

Ramin Namiq oğlu Quluzadə Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri təyin edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti"