backend

Qubada bahalaşma əleyhinə aksiya keçirilib — RƏSMİ

Qubada bahalaşma əleyhinə aksiya keçirilib — RƏSMİ

Hazırda Qubanın mərkəzindəki “Köhnə avtovağzal” deyilən ərazidə bahalaşma əleyhinə aksiya keçirilir.

Quba Rayon İcra Hakimiyyətindən Modern.az saytına bildirilib ki, hazırda rəhbərlik vətəndaşlarla görüşür.

Vətəndaşların qarşısına çıxan İcra başçısı onların qəbul ediləcəyi və problemlərin həllinə çalışacaqlarını vəd edib. Amma aksiyaçılar buna məhəl qoymayıb və
Quba-Bakı yolunu bağlamağa cəhd göstəriblər.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Quba rayon polis şöbəsinin əməkdaşı Aslan Babaşov rayonda vəziyyətin stabil olduğunu
deyib:

Qubanın "köhnə avtovağzal" adlanan ərazisində aksiya keçirilib. Hazırda vəziyyət stabildir. Heç bir qarşıdurma yoxdur”.