backend

Nardaranda yeni yaradılan polis bölməsi əməliyyatlar keçirib

Nardaranda yeni yaradılan polis bölməsi əməliyyatlar keçirib


Ötən il dekabrın 1-dən Daxili Qoşunların və polisin nəzarətində olan Nardaranda əməliyyatlar davam edir.

qaynarxett.az Musavat.com-a istinaden xəbər verir ki, Nardaranda yaradılan 42-ci Polis Bölməsinin əməkdaşları tərəfindən əməliyyatlar keçirilib.

Qəsəbə sakini İlqar Abdullayevin üzərindən 1 ədəd bıçaq aşkar edilərək götürülüb. İ.Abdullayev polis əməkdaşları tərəfindən saxlanılıb.

Digər bir əməliyyat zamanı isə Ş.Tusi küçəsində 18 ədəd kustar üsulla hazırlanmış bıçaq, bir ədəd süngü bıçaq, 18 ədəd 5.45 və 1 ədəd 16 çaplı patron aşkar edilərək götürülüb.