backend

“Hökümət son 10 ildə "papağını günə vermək"lə məşğul olub”

“Hökümət son 10 ildə "papağını günə vermək"lə məşğul olub”


Qubad İbadoğlu: “Azərbaycan iqtisadiyyatının başlıca problemi valyutanı necə satmaq deyil, onu xaricdə qazanmaq və sərbəst şəkildə ölkəyə gətirməkdir”

“Mərkəzi Bankın mübadilə məntəqlərinin fəaliyyətini dayandırmaq barədə birtərəfli qaydada verdiyi qərar "qara valyuta bazar"ının formalaşması üçün yaşıl işıq yandıracaq”.
Bu haqda tanınmış iqtisadşı Qubad İbadoğlu açıqlama verib.
Ekspertin fikrincə, Mərkəzi Bank üzən məzənnə siyasətin hazır olmayıb: “Gah banklara sərbəstlik verilməsi, sonra mübadilə məntəqələrinin satışının limitləşdiriməsi və sənədləşdirilməsi, gah da yalnız bir müvəkkil banka valyuta satışı icazəsi verilməsi, sonradan isə bütün mübadilə məntəqələrinin lisensiyasının qanunsuz olaraq geri alınması və bu hüququn hava limanında və mehmanxana da təşkil olunacaq mübadilə məntəqələrinə verilməsi onu göstərdi ki, Mərkəzi Bank üzən məzənnə siyasətinə keçməyə hazır deyildir. Son günlər Mərkəzi Bankın verdiyi sistemsiz və ziddiyyətli qərarlar əhali arasında çaqınlıq yaratmaqla yanaşı valyuta satışı üzrə "qara bazar"ların yaranmasını və inkişafını stimullaşdırır”.
Qubad İbadoğlu hesab edir ki, hazırda Azərbaycan iqtisadiyyatının başlıca problemi valyutanı necə satmaq deyil, onu xaricdə qazanmaq və sərbəst şəkildə ölkəyə gətirməkdir: “Buna yalnız yerli istehsalın inkişafı və onlarn ixtracatının təşviq olunması yolu ilə nail olmaq mümkündür. Bu isə hökümətin indiyə qədər həll etməli olduğu ən vacib problem idi. Təəsüflər olsun ki, son 10 ildə hökümət "papağını günə vermək"lə məşğul olub və buna baxmayaraq hələ də inzibati tənzimləmə vasitələrindən başqa bir iş görmür. Bu isə ölkədə həm valyuta və həm dər ərzaq qıtlığına gətirib çıxara bilər. İnsanlara güclə manatı sevdirmək mümkün olmayacaq, ona olan etibarı qaytarmaq üçün valyuta bazarında tələb və təklif tarazlığı ilə manatın gerçək məzənnəsi formalaşmalı, liberal islahatlar həyata keçirilməli, gizli iqtisadiyyat leqallaşmalı, inhisarçılıq və korrupsiya aradan qalxmalı, bir sözlə ölkədə azad bazar qanunları bərqərar olmaldır”.