backend

Natiq Kərimov azadlığa buraxıldı

Natiq Kərimov azadlığa buraxıldı

Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov həbsdən azad edilib.

Musavat.com-un əldə etdiyi son məlumata görə, Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov saxlanıldığı DTX-nın təcridxanasından sərbəst buraxılıb.

Bu barədə məlumatı onun oğlu Kamran Kərimov təsdəqləyib.

Qeyd edək ki, N.Kərimov yanvarın 6-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı saxlanılmışdı. Səbayel Rayon Məhkəməsinə aparılan N.Kərimov haqda 4 aylıq həbs-qətimkan tədbiri seçilmişdi.