backend

Rusiya ABŞ-ın Suriya planını pozub

Rusiya ABŞ-ın Suriya planını pozub


Rusiyanın Suriyadakı uğurları ABŞ-ın Əsədlə bağlı planlarını pozdu.

qaynarxett.az Axar.az-a istinaden xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzetində yazılan məqalədə qeyd olunub.

“Rusiyanın üç aydan artıq Suriyada davam edən əməliyyatları Əsədin mövqeyini daha da gücləndirdi. Gələn həftə baş tutacaq Cenevrə görüşlərində hər hansı nəticənin əldə olunacağı indidən şübhəlidir. Bunun səbəbi isə Rusiya və ABŞ arasında yaşanan anlaşılmazlıqdır. Cenevrə müzakirələrində heç bir zaman Əsədin mütləq şəkildə hakimiyyətdən getməsi müzakirə olunmadı. Lakin ona qarşı olan müxaliflər və ABŞ həmişə Əsədin vəzifədən getməyini istəyirlər”.

Məqalədə o da qeyd olunub ki, Əsədin vəzifədən getməsini tələb etmək üçün heç bir səbəb qalmayıb:

“Rusiya ordusu Suriyanın hər tərəfində böyük uğurlar əldə edib. Əsədin istefasını tələb etmək üçün heç bir səbəb qalmayıb. Bu səbəbdən ABŞ bu məsələdə daha israr etmir”.