backend

Bakıda yarım milyonluq maşının sahibi bəlli oldu

Bakıda yarım milyonluq maşının sahibi bəlli oldu


Bakı küçələrində şütüyən “Lamborcini Qallardo” markalı avtomobilin kimə məxsus olması bir neçə gündür ki, müzakirə olunur.

Axar.az-ın məlumatına görə, 90 AZ 030 dövlət nömrə nişanlı maşının qiyməti nə az, nə çox - yarım milyon avrodur.

Hətta London küçələrində bu avtomobili görənlər heyrət edir, dərhal onun şəkillərini çəkirlər. Paytaxtda bu maşının görünməsi də maraqla qarşılanıb.

“Kriminal.az” şəhərin Sabunçu rayonu, Komsomol dairəsində hərəkət edən həmin avtomobilin videosunu çəkib. Amma sözügedən maşının kimə aid olmasını dəqiqləşdirmək mümkün olmayıb.

Qeyd edək ki, Bakıda “Lamborcini” markalı maşını sürənlərin sayı barmaqla sayılacaq qədər var. Bir müddət əvvəl “Şərur” MTK sahibi İsfəndiyar Axundovun oğlu Allahverdi Axundov “Lamborcini” markalı maşını ilə gündəmə gəlmişdi.

Azərbaycan Dövlət İqtisad Universitetin tələbəsi olan A.Axundovun 650 min manatlıq maşını geniş müzakirələ yol açmışdı.

18:16

Bakıda bahalı Lamborcini Qallardo avtomobilinin peyda olması barədə xəbər vermişdik.

Azxeber.com xəbər verir ki, 90 AZ 030 dövlət nömrə nişanı olan avtomobilin kimə məxsus olması məlum olub. Əldə etdiyimiz məlumata görə, Lamborcini Qallardo KİAMotors Azərbaycan şirkətinin prezidenti Faiq Səfərova məxsusdur.

Qeyd edək ki,Lamborcini Qallardonun satış qiyməti 250 min dollardır.