backend

77 yaşlı icra başçısı da "qara siyahı"da qərarlaşıb... - Artıq onun da qatarı gedib...

77 yaşlı icra başçısı da "qara siyahı"da qərarlaşıb... - Artıq onun da qatarı gedib...

Qaynarxatt.info DİA.AZ-a istinadan xabar verir Azərbaycanın ən yaşlı icra başçısı olan və bu ilin aprel ayının 1-də 77 yaşını qeyd etməyə hazırlaşan Xazmaz rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev dünən Hesablama Palatasının əsas "hədəflərindən" biri kimi diqqətə gəldi.

Əslində Hesablama Palatası sadəcə olaraq, dünənə qədər göz yumulan faktları ictimailəşdirmişdi ki, bu da təsadüfi hesab olunmur. Bu barədə DİA.AZ-a Nazirlər Kabinetindəki mötəbər mənbə informasiya verib.

Xəbəri verən qaynaq dia.az-a onu da bildirib ki, artıq adı "yuxarıların" qara siyahısına düşən 77 yaşlı icra başçısının yola salınması üçün də tədarük görülür. Mənbənin söylədikləri: ""Yuxarıda" Şəmsəddin müəllimə böyük hörmət var. Amma görünəni odur ki, artıq bu qocaman başçını təqaüdə yollama qərarı verilib".

Mənbə iddia edir ki, fevral ayına qədər və yaxud da fevral ayının ilk ongünlüyündə bir neçə rayon rəhbəri ilə yanaşı Xaçmazın da icra başçısı postunda dəyişiklik baş verəcək".