backend

Eldar Sabiroğlu və xanımından prezidentə MÜRACİƏT

Eldar Sabiroğlu və xanımından prezidentə MÜRACİƏT


Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərovun valideynləri prezident İlham Əliyevə və Mehriban Əliyevaya müraciət ediblər.

Eldar Sabiroğlu və Tahirə Səfərova müraciətdə bildiriblər ki, Rüfət Səfərovun həbsi ağır olsa da, ümidlə yaşayıblar.

Onlar bu ümidi puça çıxarmadığı üçün prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər.

"Siz gənc bir insanın həyatını dəmir barmaqlıqlar arasında davam etdirməsinin önünü kəsdiniz. Bu günədək yüzlərlə vətəndaşımızı həbsxana divarları arasından xilas edərək onların azadlığa qovuşması üçün göstərmiş olduğunuz böyük humanizmin və bir şəxsiyyət kimi nümayiş etdirdiyiniz rəhmdilliyin yüksək dəyər və qiymətə söykəndiyini etiraf etməyə bilmirik", - deyə müraciətdə qeyd olunur.

Müraciət bu sözlərlə bitir: "Bir daha bu sevinci ailəmizə yaşatdığınıza görə Sizə və xanımınız Mehriban Əliyevaya dərin təşəkkür və minnətdarlığımızı bildiririk. Cənab Prezident böyük ürək sahibi olduğunuzu övladımız Rüfətin qismində bir daha göstərdiniz. Çox sağ olun!”