backend

"Müstəqil Kürdüstan yaxındadır"

Dünyaxəbər.info xəbər verir ki, bu sözləri Şimali İraq Kürd Regional Rəhbərliyinin lideri Məsud Bərzani “Qardian” qəzetinə müsahibəsində deyib.



Bərzani 1916-cı ildə Yaxın Şərqdə sərhədləri müəyənləşdirmək üçün imzalanan "Says Piko" müqaviləsinin qüvvədən düşdüyünü və bölgədə yeni beynəlxalq sazişə ehtiyac olduğunu deyib.



“Bölgədə məcburən birgə yaşamaq mümkün deyil. Dünya liderləri "Says Piko" müqaviləsinin qüvvədən düşdüyünə əmindirlər. Bunu desələr də, deməsələr də bu həqiqətdir. Yeni razılaşmanın mexanizması, forması və statusu müəyyənləşməlidir”, - Bərzani vurğulayıb.



Məsud Bərzani onu əlavə edib ki, Kürdüstan muxtariyyəti digər dövlətlər üçün heç bir təhlükə təşkil etmir:



“Kürdüstan bölgəsi qonşu dövlətlərə təhlükə yaratmır. 15 illik fəaliyyətimiz bunu sübut edir”.