backend

Neft bahalaşacaq

Neft bahalaşacaq


Bunu Davos iqtisadi forumundakı çıxışında Beynəlxalq Valyuta Fondunun direktoru Kristin Laqard deyib.

qaynarxett.az saytı TASS agentliyinə istinadən xəbər verir ki, Kristin Laqard yaxın günlərdə neftin qiymətinin bir az da bahalaşacağını proqnozlaşdırıb. Onun fikrincə, neftə olan tələbdə artım müşahidə olunur, amma bu sahə yenə də riskli olaraq qalır.

“Ola bilsin ki, qiymət bir az da artsın, çünki son bir neçə ay ərzində tələbat çox da olmasa yüksəlib. Lakin bu sahə yenə də riskli olaraq qalır”, - Laqard belə deib.

“Dünya iqtisadiyyatının gələcəyi” sessiyasındakı çıxışında BVF-un direktoru dünya iqtisadiyyatı üçün dörd əsas risk amilinin adlarını çəkib. Onun sözlərinə görə, bunlar Çin iqtisadiyyatının vəziyyəti, əmtəə bazarlarındakı qiymətlər, mərkəzi bankların pul-kredit siyasətlərinin sinxron olmaması və inkişaf etməkdə olan bazarlarda vəziyyətdir.

Hal-hazırda Brent markalı neftin 1 barrelinin qiyməti 32,02 dollardır. Növbəti hərrac bazar ertəsi, yanvarın 25-də keçiriləcək.