backend

Keçmiş agentlə bağlı detallar Rusiya ilə Böyük Britaniyanı üz-üzə qoydu

Keçmiş agentlə bağlı detallar Rusiya ilə Böyük Britaniyanı üz-üzə qoydu


“Böyük Britaniya və Rusiya ikitərəfli münasibətlərdəki çətinliklərə baxmayaraq Suriya münaqişəsinin nizama salınması üzrə danışıqları davam etdirməlidir”.

Modern.az saytının xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bunu “Əl-Cəzirə” telekanalına müsahibəsində Böyük Britaniyanın baş naziri Devid Kameron deyib. Hökumət başçısı bildirib ki, Suriya böhranının həlli Səudiyyə Ərəbistanı, İran, Rusiya və digər oyunçular üçün əhəmiyyətlidir.

Baş nazir Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) sabiq zabiti Aleksandr Litvinenkonun ölümü ilə bağlı London Məhkəməsinin qərarından da söz açıb.

O deyib ki, Litvinenkonun ölümü işində üzə çıxan yeni detallara görə ölkəsinin Rusiya ilə münasibətlərinin pisləşəcəyi istisna edilmir. O, Litvinenkonun qətli ilə bağlı araşdırmaların nəticələrinin dəhşətli olduğunu vurğulayıb.

“Təhqiqatlar göstərdi ki, bu qətldə Rusiya rəhbərliyinin iştirakı var. Böyük Brtitaniya bundan sonra Rusiyaya daha sərt cavab verməyə məcbur olacaq”.

Qeyd edək ki, britaniyalı istintaqçılar 2006-cı ildə Londonda polonium-210 radioaktiv maddəsi ilə zəhərlənərək, öldürülmüş Litvinenkonun qatillərinin Aleksandr Luqovoy və Dmitrti Kovun olduğunu müəyyən ediblər.

Məhkəmənin məlumatına görə, qaçaq FTX zabiti ölümcül radiasiyanı 2006-cı il noybarın 1-də Luqovoy və Kovtunla görüş zamanı alıb.

London məhkəməsi bütün ifadə və ekspertiza rəylərini nəzərə alaraq bəyan edib ki, FTX-nin keçmiş əməkdaşının öldürülməsi barədə əməliyyata Nikolay Patruşev və prezident Vladimir Putin razılıq verib.

Hazırda Rusiya Təhlükəsizlik Şurasının katibi vəzifəsini daşıyan Nikolay Patruşev Litvinenko öldürülən zaman FTX-nin direktoru olub.