backend

ABŞ-dan şok dəstək: Yaxın Şərq bu ölkəyə verildi

ABŞ Ankara və Bağdadla birgə fəaliyyətini bundan sonra da davam etdirəcək.
ABŞ-dan şok dəstək: Yaxın Şərq bu ölkəyə verildi
Axar.az xəbər verir ki, bunu ABŞ vitse-prezidenti Co Bayden Türkiyə Baş naziri Əhməd Davudoğlu ilə görüşündən sonra bəyan edib. Onun sözlərinə görə, Mosulun İŞİD-in əlindən geri alınması üçün ABŞ əlindən gələn bütün yardımları edəcək:

“Mosul hər hansı bir ölkənin əmrində olmayacaq. Mosulu işğaldan azad etməyimiz lazım gələcək. Bunu özüm üçün vəzifə hesab edirəm. Bu mövzularda müzakirə ediləcək məqamlar çoxdur. İnanıram ki, Kipr probleminin həllində Türkiyə böyük rol oynayacaq. Türkiyənin Azərbaycandan İraqa qədər böyük rol oynaması üçün böyük potensialı var. Biz də bu işdə əlimizdən gələn bütün dəstəyi verəcəyik”.