backend

Türkiyədən Yunanıstana tərs şillə

Yunanıstanın Müdafiə nazirinin məsuliyyətsiz və ciddiyyətdən uzaq bəyanatlarını sərt şəkildə qınayırıq.
Türkiyədən Yunanıstana tərs şillə
Axar.az xəbər verir ki, bu açıqlama ilə Türkiyə Xarici İşlər Nazirliyi çıxış edib.

Açıqlamada Yunanıstanın Müdafiə naziri Panos Kammenosun Türkiyə və Kipr məsələsi ilə bağlı çıxışları sərt tənqid olunub:

“Yunanıstan Müdafiə naziri Panos Kammenos kiprli həmkarı Xrisoforos Fokaidis ilə görüşündən sonra işlətdiyi ifadələr birmənalı qarşılanmayıb. Ölkəmiz və Kipr məsələsi haqqında işlədilən kobud və yersiz ifadələri ciddi şəkildə qınayırıq”.

Qeyd edək ki, Yunanıstan Müdafiə naziri Panos Kammenos bir müddət öncə Kipr probleminin həllində Türkiyənin heç bir yeri olmadığını vurğulamışdı.