Rəsulzadənin nəslindən olan alim vəfat etdi

gundem 24-01-2016, 02:08
Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin nəslindən olan alim, tibb elmləri doktoru Gülnarə Rəsulzadə yanvarın 23-də Tbilisidə dünyasını dəyişib.
Rəsulzadənin nəslindən olan alim vəfat etdiAzərTac xəbər verir ki, mərhumənin dəfn mərasimində Azərbaycanın Xarici İşlər Nazirliyinin, Gürcüstandakı səfirliyinin, Gürcüstan Azərbaycanlıları Milli Konqresinin rəhbərliyi və əməkdaşları iştirak ediblər.

Səfirlik adından mərhumənin məzarı önünə əklil qoyulub.

Mərasimdə bildirilib ki, Gülnarə Rəsulzadə atası Mirzə David Rəsulzadənin yolunu uğurla davam etdirib. AXC dövründə Azərbaycanda məsul vəzifə tutan M.D.Rəsulzadə Tbilisidə “Gürcüstan” qəzetinin təsisçisi və redaktoru olub. O, 1937-ci ildə repressiyaya məruz qalıb. Gülnarə Rəsulzadə Tbilisidə yaşamasına baxmayaraq daim Azərbaycan naminə çalışıb. O, Gürcüstanda Azərbaycan mədəniyyətinin, elminin, tarixinin təbliği istiqamətində xeyli işlər görüb.
.
Oxunub: 431
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 


ILK-10