backend

Beynəlxalq agentliyin manatla bağlı - Hesabatı

"Fitç" beynəlxalq reytinq agentliyi Azərbaycan hökumətinin manatın devalvasiyasının qarşısını almaq üçün müvafiq tədbirlər gördüyünü bildirib.
Beynəlxalq agentliyin manatla bağlı - Hesabatı
Axar.az xəbər verir ki, "Fitç"in hesabatında müvafiq qurumların manatın dəyərdən düşməməsi üçün ölkədən çıxarılan xarici valyutalara 20 faiz vergi tətbiq etdiyini qeyd edib.

Agentlik qeyd edib ki, bu istiqamətdə Dövlət Neft Fondunun sosial sabitliyi təmin etmək, eləcə də qiymətləri sabit saxlamaq üçün atdığı addımlar qeyd olunmalıdır. Bu addımlar manatı qoruyaraq Azərbaycanın kredit sahəsində olan təzyiqlərin aradan qaldırılmasına yönəlib. Bu Fond gələcək nəsillər üçün hesablanıb. Pensiyalar, gəlirlər, eləcə də ictimai sektorda maaşlar artırılıb, çörəyə, una qoyulan əlavə dəyər vergisi aradan qaldırılıb.