backend

Nərimanov rayonunda “Narkotiklərə - Yox!” adlı toplantı keçirilib

Nərimanov rayonunda yerləşən 193 saylı orta ümumtəhsil məktəbində “Narkotiklərə - Yox!” adlı toplantı keçirilib.
Nərimanov rayonunda “Narkotiklərə - Yox!” adlı toplantı keçirilib
Məktəbin akt zalında təşkil olunan toplantıda Nərimanov Rayon İcra Hakimiyyətinin, Nərimanov Rayon Polis İdarəsinin məsul əməkdaşlarının, orta məktəb şagirdlərinin iştirak etdikləri tədbirdə bu cür tədbirlərin maarifləndirici əhəmiyyətindən danışılmış, narkomaniya və onun cəmiyyətdə törətdiyi fəsadlar haqqında ətraflı məlumat verilmişdir.
Tədbirdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi Komissiyasının məsul katibi Əlizadə Ülviyyə, məktəbin direktoru Hüseynov Rəhim, Rayon Polis İdarəsinin Yetkinlik Yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin rəisi, polis mayoru Rüstəm Rüstəmov və digərləri ölkəmizdə həm təhsil, həm də asudə vaxtın səmərəli keçirilməsində gənclər üçün hər cür şəraitin yaradıldığı bir dövrdə narkotikdən istifadə edilməsinin milli-mənəvi dəyərlərə zidd, Vətənə, torpağa, ailəyə xəyanət olduğunu vurğulamış və gəncləri, həmçinin bütün cəmiyyəti ictimaiyyətdə bu bəlaya düçar olmuş insanlara biganə qalmamağa, onları doğru yola çəkməyə səsləmişdir. Narkomaniyanın bütün dünyanı narahat edən problem olduğunu qeyd edilərək, ölkələrin, bir çox beynəlxalq təşkilatların, eyni zamanda, ölkəmizdə bu bəlanın qarşının alınması istiqamətində mühüm işlər aparıldığını vurğulamışdır.
Natiqlər bildirmişlər ki, 1987-ci ildə BMT-nin müvafiq qərarı ilə hər ilin iyun ayının 26-sı dünyada Narkotiklə Mübarizə Günü kimi qeyd olunur. Təsis edilən günün məqsədi insanları bəşəriyyətin ən böyük problemlərdən biri olan narkomaniyaya qarşı mübarizəyə səsləməkdir. Ölkəmizdədə narkomaniya və narkobiznesə qarşı ciddi mübarizə tədbirləri həyata keçirilir. Narkotiklərin qanunsuz dövriyyəsi sağlamlığa, ətraf mühitə və hətta dövlətlərin suverenliyinə ciddi zərbə vurur. inkişafı ləngidən ən böyük maneə narkomanlıq və narkotiklərin qanunsuz dövriyyəsidir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası məqsədilə Respublikamızın müəssisə və təşkilatları tərəfindən əhali arasında müxtəlif tədbirlər, maarifləndirmə işləri həyata keçirilir.
Toplantıda şagirdlərin sualları cavablandırılmış və müzakirə aparılmışdır.