backend

Saakaşvilinin partiyası: “Azərbaycan bizə yardım etdi”

Qazprom”la danışıqlar ölkəyə arxadan vurulan zərbədir.
Saakaşvilinin partiyası: “Azərbaycan bizə yardım etdi”
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın Vahid Milli Hərəkatının liderlərindən biri olan Qiqa Bokeriya söyləyib.

Onun sözlərinə görə, Rusiya Gürcüstanın düşmənidir və belə məsələdə Moskva ilə razılığa gəlmək olmaz:

“Avropa “Qazprom”dan canını qurtarmağa çalışır. Nəhayət ki, onlar Putinin necə təhlükəli olduğunu gördülər. Avropa böyükdür və Rusiya onun qazını tamamilə kəsə bilməz. Lakin bütün bunlara rəğmən Moskva hələ də Avropanı hədələyir. Biz 2006-cı ili yaxşı xatırlayırıq. O zaman qazı kəsib, bizi şaxtanın ortasına atdılar və Azərbaycan bizə kömək etdi. Nəticədə biz yalnız Rusiyanın Ermənistana ötürdüyü tranzit qazından asılı olduq. İndi isə bizi aldadırlar. Yalandan bizə iqtisadi fayda veriləcəyi deyilir. Biz bu insanları istefaya göndərməliyik”.