backend

Nazir: Dövlət büdcəsində neftin qiyməti 25 dollardan götürüləcək

Dövlət büdcəsinə dəyişiklik ediləcək.
Nazir: Dövlət büdcəsində neftin qiyməti 25 dollardan götürüləcək
2016-cı ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 25 dollardan götürüləcək.

Oxu.Az xəbər verir ki, bunu ANS-ə müsahibəsində Azərbaycanın maliyyə naziri Samir Şərifov bildirib.

Nazirin sözlərinə görə, dövlət büdcəsinə dəyişiklik ediləcək.

S. Şərifov buna səbəb kimi dünya bazarlarında neftin qiymətlərinin dəyişməsini göstərib.

Qeyd edək ki, 2016-cı ilin dövlət büdcəsi təsdiq edilən zaman neftin bir barelinin qiyməti 50 dollar səviyyəsində nəzərdə tutulub.