backend

Moldova müxalifəti hökumətə ultimatum verdi – YENİLƏNİB

“Birlikdə güclüyük!”.
Moldova müxalifəti hökumətə ultimatum verdi – YENİLƏNİB
Moldova müxalifətinin nümayəndələri ölkə rəhbərliyinə ultimatum veriblər.

Onlar yanvarın 28-dək tələbləri yerinə yetirilmədiyi təqdirdə benyəlxalq və milli əhəmiyyətli yolları bağlayacaqlarını bildiriblər, Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.

Bazar günü Moldovanın paytaxtı Kişinevdə müxalifətin kütləvi mitinqi keçirilir.

18:17

Moldovanın paytaxtı Kişinevin mərkəzi meydanına toplaşan on minlərlə insan baş nazir Pavel Filippin başçılıq etdiyi hökumətin istefasını və həmçinin növbədənkənar seçkilərin keçirilməsini tələb edirlər, Oxu.Az TASS-a istinadən xəbər verir.

Aksiya Sosialistlər partiyası, “Bizim partiya” və sağ-mərkəzçi “Ləyaqət və həqiqət” platforması tərəfindən təşkil olunub.

TASS-ın müxbiri toplaşanların partiya rəmzlərindən istifadə etmədiklərini yazır. Bəziləri polislərə ağ xrizantemlər verirlər ki, aksiyanın dinc məqsədli olduğunu nümayiş etdirsinlər. Meydanda “Mafiya rədd olsun!”, “Biz xalqıq!”, “Növbədənkənar seçkilər!”, “Birlikdə güclüyük!” kimi şüarlar səsləndirilir.

RİA Novosti yazır ki, polisin məlumatına görə, aksiyaya 11 min insan çıxıb. Lakin təşkilatçılar Kişinevin mərkəzində 100 min insanın etiraz etdiyini deyirlər.