Küçədə qadın meyiti tapılıb

371

Küçədə qadın meyiti tapılıbXaçmaz şəhərində qadın meyiti tapılıb. APA -nın şimal bürosunun verdiyi məlumata görə, şəhərin Bakı prospektində aşkar edilmiş 35 -40 yaşlı qadın cəsədinin şəxsiyyəti hələ ki məlum deyil.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit tibbi ekspertizadan keçirilməsi üçün Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morquna gətirilib.
Ölümün səbəbi ekspertizanın nəticələrindən sonra məlum olacaq.
Faktla bağlı araşdırma aparılır.
Bunu paylaş: