backend

Aydın Mirzəzadə bekar vaxtlarında nə işlə məşğul olur?

Deputat iki nəfəri qəbul edib, onlarla «mırtlaşıb»; Bəs, Mingəçevirdən olan şikayətçilərin aqibəti necə olacaq?
Aydın Mirzəzadə bekar vaxtlarında nə işlə məşğul olur?
Milli Məclisin deputatı Aydın Mirzəzadə yazdığı statusu ilə göstərib ki, onların heç bir işi-gücü yoxdur və bekarçılıqdan nə edəcəklərini bilmirlər. JAM.AZ xəbər verir ki, az öncə deputatın yayımladığı statusundan da bu aydın şəkildə sezilir.

Deputat yazıb: «Bu gün səhər hər birini ayrı-ayrılıqda olmaq şərti ilə Qəbələdən və Qazaxdan olan iki vətəndaşı qəbul etdim. Heç bir xahişləri yox idi. Ümumi vəziyyətdən, rayonlarda gedən işlərdən, onların ailə vəziyyətlərindən danışdıq. Onlar feysbuk dostlarımdır və səhifəmdə olan statuslara ara-sıra dəyərli rəylər də yazırlar. Qəbula gəldiklərinə görə hər birinə təşəkkür etdim».

Aydın Mirzəzadə deyəsən ölkədəki vəziyyətdən xəbərsizdir. Hətta seçildiyi dairənin durumundan da məlumatsız biri kimi təsirini bağışlayır. Əcəba, deputatın Mingəçevirdə baş verənlərdən, orada əhalinin hansı sosial problemlərlə üzləşdiyindən xəbəri varmı? Yoxsa, o da digər deputatlar kimi, bekar vaxtlarında biri-iki nəfəri qəbul edib, onlarla mırtlaşmağa üstünlük verir? Hər halda bu sualların cavabı Aydın müəllimdədir…

Aydın Mirzəzadə bekar vaxtlarında nə işlə məşğul olur?