backend

16 villa alan məmur arvadı haqda - Yeni məlumat

16 villa alan məmur arvadı haqda - Yeni məlumatYanvarın 24-də ölkə gündəmini zəbt edən sensasion bir məlumat yayıldı. Azərbaycanlı bir xanımın Türkiyədə 20 milyon dollar dəyərində olan 16 villa alması mətbuatın və sosial şəbəkələrin müzakirə mövzusu oldu.

Məlumatı sensasion edən isə 16 villa alan Salyan rayon sakini 1974-cü ildə anadan olmuş Mehdiyeva Könül Fərhad qızının SOCAR-ın yüksək vəzifəli şəxslərindən birinin həyat yoldaşı olmasıdır. Onun həyat yoldaşı SOCAR-ın əsaslı kapital qoyuluşları idarəsinin rəis müavini Qiymət Mehdiyevdir.

JAM.AZ xəbər verir ki, musavat.com bu məlumatdan sonra internet resurslarının köməyi ilə kiçik bir araşdırma aparıb. "Parselsorgu.tkgm.gov.tr" saytından bu villaların həqiqətən də K.Mehdiyevaya məxsus olub-olmadığını öyrənmək və əlavə bilgilər əldə etmək mümkün olub.

Bu sayt Türkiyə Elm Texnologiya Birliyi, Coğrafi Məlumat Sistemləri İdarəsi və Mülk Sənədləri İdarəsinin birgə layihəsidir. Bu rəsmi sayt vasitəsi ilə torpaq sahəsi alan hər bir kəs buradan aldığı mülkün onun adına rəsmiləşdirilib - rəsmiləşdirilmədiyini, ona təqdim olunan sənədlərdə göstərilən məlumatların doğru olub-olmadığını yoxlaya bilir.

Bu internet resursunda göstərilən bütün məlumatlar rəsmi məlumatlardır. Və bu məlumatlardan yalnız mülk sahibləri onlara verilən rəsmi sənədlərdə göstərilən şifrələrdən istifadə edərək bilgi ala bilirlər.

K.Mehdiyevanın mülkləri haqda yayılan sənədlərdəki məlumatlardan (özəl kodlardan) istifadə edərək bu saytdan bəzi yeni məlumatlar öyrənə bilirik. “Tapu sənədi”ndə göstərilən məlumatlardan istifadə edərək azərbaycanlı məmur xanımının aldığı dəniz kənarındakı 16 yanbayan villaları görmək mümkündür.

Rəsmi saytda göstərilən məlumatda, villaların hansı ərazidə olması, nə qədər sahəni əhatə etməsi qeyd edilir. Məsələn, villalar Muğlanın Bodrum rayonunda, Gökçebel qəsəbəsindədir. Rəsmi sənəddə 16 ikimərtəbəli villanın olduğu qeyd edilir. Ümumi sahəsi isə 12 621.71 kvadratmetrdir.

Həmçinin onu da qeyd edək ki, yayılan rəsmi sənədlərdə bir villa ərazisi üçün ödənilən məbləğin 200.000 türk lirəsi olduğu göstərilir. Ümumilikdə isə hesablasaq 16 villa ərazisi üçün bu məbləğ 3 milyon 200 min türk lirəsi edir. İnternet resurslarında isə bu bölgədə lüks villaların qiyməti 650-750 min türk lirəsi olaraq göstərilir.

**
SOCAR-ın Əsaslı investisiya qoyuluşu idarəsinin rəis müavini Qiymət Mehdiyev barəsində yayılan xəbərlərlə bağlı bəyanat yayıb.

Q.Mehdiyevin verdiyi bəyanatı təqdim edirik: "Dünən gün bəzi sayt və media orqanlarında mənim həyat yoldaşımın guya Türkiyə pespublikasının Bodrum bölgəsində 20 milyon dollarlıq 16 ədəd villa almağı haqqında həqiqətə qətiyyən uyğun olmayan əsassız məlumatlar yayılmışdı.

Bəyan edirəm ki, bu məlumat yalandır və bunu mənə, ailəmə, işlədiyim təşkilatın işgüzar nüfuzuna zərbə vuran hərəkət kimi qiymətləndirirəm. Mən 30 ildir ki, eyni təşkilatda çalışıram, həyat yoldaşım da interyer dizayn sahəsində mütəxəssisdir və bu sahədə uğurla fəaliyyət göstərir. Heç bir araşdırma aparmadan mənim və ailəmin haqqında yayılmış bu böhtan xarakterli məlumatların bizim konsitutsion hüquqularımızı pozduğunu bəyan edir, bu təhdidlərin məqsədli şəkildə aparıldığını bildirirəm.

Hətta məqalədəki foto da mənim həyat yoldaşım kimi qələmə verilən xanım da, həyat yoldaşım deyil. Tamamilə yad, bizə aidiyyatı olmayan şəxsdir. Mənim həyat yoldaşımın aldığı ev qeyd edilən ərazidəki çoxsaylı evlərdən yalnız birinin yarısı qədərdir. Bu həqiqəti elə məqalədə göstərilmiş mülkiyyət sənədində də açıq formada qeyd edilib. Ev 1/2 pay olmaqla dəyəri 200 000 Türkiyə lirəsi (təqribən 60 min ABŞ dollar civarında ) dəyərindədir.

Eyni zamanda qeyd etməliyəm ki, müxtyəlif mətbuat orqanlarında "ətraflı araşdırmanın nəticəsi" kimi qələmə verilmiş saxta məlumat və cizgilər ictimaiyyətdə yalnız təssəvürlərin yaradılmasına səbəb olub. Bu da məni həmin maraqlı şəxslərə qarşı qanunvericiliyin tam gücü ilə hüquqi tədbirlər görməyə məcbur edir".

O qeyd edib ki, hər hansı formada ictimaiyyətə təqdim olşunmuş bu məlumatlar məqsədli şəkildə və cinayətkarcasına saxtalaşdırılmışdı.

Anspress.com
16 villa alan məmur arvadı haqda - Yeni məlumat
16 villa alan məmur arvadı haqda - Yeni məlumat