backend

Aydın Əliyevin ətrafının biznes imperiyası haqda – ŞOK

Aydın Əliyevin ətrafının biznes imperiyası haqda – ŞOK  Azərbaycanda iri ranqlı məmurların, nazirlərin korrupsiya əməlləri, biznes şəbəkələri haqda mətbuatda kifayət qədər məlumatlar verilib. Belə məmurlardan biri Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və onun yaxın ətrafıdır. Bizimxeber.az-ın elektron ünvanına daxil olan məlumatlarda gömrük generalı və katibəsi haqda şok biznes faktlar yer alır. Qeyd olunur ki, Aydın Əliyevin katibəsi olan Şaciyə xanımın Azərbaycan, Gürcüstan və Türkiyədə biznes şəbəkəsi fəaliyyət göstərir. Şaciyə xanım Bakıda ən prestijli gözəllik salonlarının, tort mağazalarının, restoranların sahibəsidir. Onun hansı yolla varlandığı haqda məlumat verən mənbə bildirir ki, Şaciyə xanım Aydın Əliyevin köməkliyi və birbaşa dəstəyi ilə xaricdən Bakıya gətirilən su və bir sıra ərzaq məhsullarının monopolistinə çevrilib. Bir neçə ilə milyonçuya çevrilən xanımın daha bir ortağı da var. Bu barədə yaxın günlərdə… Hələliksə Şaciyə xanımın Şaciyə xanıma məxsus olan obyektlərin siyahısını təqdim edirik: Bakının ən məşhur restoranlarından olan “Fayton” “Elbara” restoranı “Hoologans Pub” “De Luxe” restoranı “Peony art Baku” toyların və nişanların təşkili “Shaddy” tort mağazası Şəhərin mərkəzində fəaliyyət göstərən 10-a yaxın gözəllik salonu Turizm şirkətləri Eyni zamanda biznesledi Türkiyə və Gürcüstanda bir çox şirkətin sahibəsidir. Ölkədə işsizliyin artdığı, sosial narazılığın çoxaldığı bir zamanda Şaciyə xanım ağıllı addım ataraq, biznesinin bir hissəsini qonşu ölkələrə daşıyıb. Əslən Gürcüstandan olan gömrük generalı Aydın Əliyev oradakı biznesini də xanım bilavasitə özü və yaxın qohumları vasitəsilə həyata keçirir. Qarşı tərəfin mövqeyini öyrənməyə və işıqlandırmağa hazırıq.