backend

Qəza törədib qaçan sürücülər üçün cərimənin məbləği 100 manat oldu

Qəza törədib qaçan sürücülər üçün cərimənin məbləği 100 manat oldu Azərbaycanda baş vermiş yol-nəqliyyat hadisəsi yerindən yayınmaya görə cərimələrin məbləği artırılır. Yol hərəkəti üzrə ekspert, Digesta hüquq firmasının direktoru Ərşad Hüseynov oxu.az-a bildirib ki, hazırkı məcəllə üzrə bu xətaya görə sürücü 80 manat cərimə olunur və onun hesabına 4 cərimə balı yazılır: "Yeni İnzibati Xətalar Məcəlləsində cərimə balı olduğu kimi qalsa da, bu xətanın cəriməsi 20 manat artırılaraq 100 manat müəyyən edilir". Ekspertin sözləərinə görə, yeni layihədə isə yalnız yol-nəqliyyat hadisəsinə səbəb olmuş qayda pozuntusunu törədən sürücünün məsuliyyətə cəlb edilməsi nəzərdə tutulur: "Hazırkı məcəllə həm təqsirli, həm də zərərçəkən sürücünün hadisə yerindən yayındığı halda eyni dərəcədə inzibati məsuliyyət nəzərdə tutur. Yeni layihədə isə yalnız yol-nəqliyyat hadisəsinə səbəb olmuş qayda pozuntusunu törədən sürücünün məsuliyyətə cəlb edilməsi nəzərdə tutulur. Amma hadisədə hər iki sürücü qarşılıqlı təqsirli olarsa və onların hər ikisi hadisə yerindən yayınarsa, belə halda hər iki sürücü yayınmaya görə məsuliyyətə cəlb ediləcək". Qeyd edək ki, yeni İnzibati Xətalar Məcəlləsi may ayında qüvvəyə minəcək.