backend

Rövşən Pənahovun məsuliyyətsizliyi uşaq ölümünə səbəb oldu

Rövşən Pənahovun məsuliyyətsizliyi uşaq ölümünə səbəb oldu  Şirvan Mərkəzi Xəstəxanasının uşaq həkimi Rövşən Pənahov, Səhiyyə Nazirinin çağırışlarını qulaqardına vurur. Ölkədə “donuz qripi” virusuna yoluxmaya qarşı aparılan aktiv tədbirlərə biganə yanaşan uşaq həkimi cəzalanacaqmı? “Kral” ləqəbli zəngin pediatrın məsuliyyətsizliyi ucbatından tələf olmuş azyaşlıya görə valideynlər onu məhkəməyə verə bilər. Son vaxtlar ölkədə “donuz qripi” ilə bağlı yaranmış gərgin atmosfer, yerlərdə müvafiq tədbirlər planı həyata keçirilməsi ilə müşayiət olunur. Məsələ ilə bağlı Səhiyyə Nazirliyi bölgələrdə müvafiq laboratoriyalar təşkil edərək H1 N1 virusu ilə bağlı ilkin yoxlamalara start verib. İlk olaraq məktəbəqədər təhsil müəssilələrində sanitar-gigiyenik yönümlü dezinfeksiya tədbirləri həyata keçirib. Təhlükəli virusun qonşu İran və Türkiyə ilə həmsərhəd bölgələrdən gəlmə ehtimalının yüksək olması, Azərbaycanın kömrük-keçid məntəqələrində gücləndirilmiş iş rejiminə keçilməsi ilə nəticələnib, müvafiq kömrük prosedurları həkim heyətinin nəzarəti altında, xüsusi termoqurğular vasitəsi ilə həyata keçirilir. H1N1 virusu ilə bağlı ölkənin səhiyyə müəssisələrinə 400- dən çox müraciətlər edilib, müraciətlər nəticəsində vətəndaşdan qan analizləri götürülərək Respublika Taun Əleyhinə Stansiyalara ötürülüb. Səhiyyə naziri Oqtay Şirəliyev, 08 dekabr 2015-ci il tarixində virus təhlükəsi ilə bağlı ölkədə xəstəliyə qarşı profilaktik təd-birlərin gücləndirilməsi haqqında “Donuz qripi xəstəliyinə qarşı profi-laktik tədbirlərin gücləndirilməsi barədə” əmr imzalayıb. Lakin Nazirliyin bu sahədə irəli sürdüyü mühüm öhdəliklər, Şirvan Səhiyyəsindən yan keçərək sanitariya-epidemioloji norma və qaydalarına, dezinfeksiya rejiminə əməl edilməməsi ilə müşayiət olundu. Hər zaman olduğu kimi bu dəfə də, vətəndaş sağlamlığına biganəlik nümayiş etdirildi, şəhərdə virusa yoluxma əleyhinə nəzərdə tutulan tədbirlər planına səthi yanaşılma müşahidə edildi. Ələlxüsus azyaşlıların virusa yoluxma hallarına qarşı əməli addımlar atılmadı. Nəticədə, vaxtında tibbi yardım göstərilməyən 3yaşlı uşaq, anasının qolları üzərində həyatını itirdi. Şirvan şəhər Mərkəzi Xəstəxanasının uşaq həkimi Rövşən Pənahov, şəhərdə uşaqlar arasında yayılmış kəskin infeksion xəstəliklərə məhəl qoymadan şəhəri tərk edib. Bu barədə şəhər Mərkəzi Xəstəxanasının pediatriya şöbəsinə müraciət edən validenylərdən eşitdik. Əldə etdiyimiz məlumata görə, hal - hazırda şəhərdə azyaşlı uşaqlar arasında kəskin boğaz ağrısı, halsızlıq, ishal və qızdırma ilə müşayiət olunan vurus yayılıb. Əlacsızlıqla üzləşmiş validenylər, uşaqlarına yüngül antibiotiklərlə, türkəçarə vasitələrlə müalicə etməklə keçinməyə üstünlük verib. Çünki şəhərin yeganə infeksion pediatrı Rövşən Pənahov, 10-gündən artıqdır ki, yoxa çıxıb. Onun yoxa çıxması isə, şəhərdə uşaqlar arasında yayılmış xəstəliyin daha geniş formada təzahür etməsinə gətirib çıxardıb. Bizlər məsələni araşdırmaq qərarına gələrək Rövşən Pənahovla əlaqə yaratmaq istədik, lakin həqiqətən də onun 10 gündən artıq şəhərdə olmadığının, hətta başqa bir mənbənin verdiyi məlumata görə xarici ölkədə istirahətdə olması haqda məlumat aldıq. Görəsən Səhiyyə Nazirliyinin “donuq qripi” virusunun yayılmasına qarşı yürütdüyü mühüm tədbirlərin üzərindən xət çəkərək şəxsi mənafeyini güdən Rövşən Pənahov şəhər səhiyyə rəsmisi Fərhad Səfərov tərəfindən cəzalanacaqmı? Çətin ki. Yəqin ki, xaricdən xüsusi olaraq Fərhad Səfərov üçün gətiriləcək bahalı hədiyyələr buna yol verməyəcək. Əldə etdiyimiz məlumata görə, bu günlərdə oxşar simptomlarla Şirvan şəhər Mərkəzi Xəstəxanasının Pediatriya şöbəsinə azyaşlı uşaq daxil olub. Lakin uşağa ilkin tibbi yardın göstərilmədiyindən, uşaq elə anasının qolları üstündə keçinib. Tələf olmuş azyaşlının validenyləri isə, baş verənlərdə Rövşən Pənahovun məsuliyyətsizliyində görürlər. Çünki Rövşən Pənahovun şəhərdə olmaması, uşağa tələb olunan tibbi müayinənin göstərilməməsi ilə nəticələnib ki, bu da sonda azyaşlının həyatdan getməsi ilə nəticələnib. Məsələdə qeyri-adekvatlıq nümayiş etdirən ərazi səhiyyə rəsmisi isə baş vermiş ölümün təfərrüatlarını ictimaiyyətdən gizlətməyə çalışaraq uşağın ölümünü digər amillərlə əlaqələndirirlər. Əldə etdiyimiz digər maraqlı məlumatı oxucularımızın ixtiyarına buraxırıq. Söhbət, Rövşən Pənahovun “dərman” maxinasiyasından gedəcəkdir. Belə ki, xəstəxana rejimində müalicə alan uşaqların valideynlərinə aldırılan bahalı dərman preparatları, məhz Rövşən Pənahov tərəfindən bilərəkdən birə beş dəfə artıq alınır. Alınan dərman preparatlarının cüzi miqdarını sərf edən “kral” ləqəbli pediatr Rövşən Pənahov, yerdə qalan hissəni, yaxın müttəfiqi olan “aptekçi Cavid”in köməyi ilə realizə etdirir. Nəticədə vətəndaşlara həm maddi, həm də mənəvi hörmətsizlik nümayiş etdirilir. Əldə olunan “çirkli pullar” isə, Rövşən Pənahovun nəhəng biznes imperiyasının, bahalı avtomobillərin alınmasına sərf edilir. “Donuz qripi” ilə bağlı əməli tədbirlərin həyata keçirildiyi, əhali arasında maarifləndirmə işlərinin aparılmasının zəruri olduğu, həmçinin azyaşlılar arasında yayılmış ağır formalı qrip xəstəliyi ilə üzləşmiş şəhər sakinlərinə tibbi xidmət göstərmək əvəzinə xarici səfərə yollanan məsuliyyətsiz pediatra nə ad vermək olar?