backend

Putin neftin ucuzlaşmasının səbəbini açıqladı

“Çin bizim dostumuz və müttəfiqimizdir”.
Putin neftin ucuzlaşmasının səbəbini açıqladı
Dünya bazarında neftin qiymətinin ucuzlaşmasının səbəbi onun həddindən artıq istehsalı və Çində müşahidə olunan iqtisadi artım tempinin azalmasıdır.

Oxu.Az-ın Gazeta-ya istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin “Ümumrusiya xalq cəbhəsi”nin regionlararası forumunda çıxış edərkən bəyan edib.

“Çin bizim dostumuz və müttəfiqimizdir. Lakin son zamanlar bu ölkə ciddi iqtisadi problemlərlə üzləşib”, - Putin bildirib.

Onun sözlərinə görə, dünya iqtisadiyyatının həcmi azalmaqda davam edir: “Bu gün yaşanan çətinliklərin səbəblərindən biri neftin həddən artıq istehsal edilməsidir”.