backend

Lyudmila Putina ərə getdi - FOTO

“Rusiyanın keçmiş birinci xanımı digər soyadı daşıyır”.
Lyudmila Putina ərə getdi - FOTO
Rusiya mətbuatında ölkə prezidenti Vladimir Putinin keçmiş həyat yoldaşı Lyudmila Putinanın ikinci dəfə ailə həyatı qurması haqda məlumatlar yayılıb.

Bu barədə Oxu.Az Tatler.ru-ya istinadən xəbər verir.

“Məlum olub ki, Rusiyanın keçmiş birinci xanımı digər soyadı daşıyır - Oçeretnaya (bu soyadla şəxsiyyət vəsiqəsini Lyudmila Aleksandrovna Federal Miqrasiya xidmətinin Moskva şəhər idarəsindən 2015-ci ilin fevralın 2-də alıb)”.

Nəşr həmçinin onun ailə qurduğu təxmin edilən kişinin də adını açıqlayıb - 37 yaşlı Artur Oçeretnıy Lyudmilanın himayəlik etdiyi Şəxslərarası ünsiyyətin inkişaf mərkəzinə rəhbərlik edir.

“Təsadüf? Əlbəttə ki, heç kim belə düşünmür”, - nəşr qeyd edir.